POLİATLON ÇOXNÖVÇÜLÜYÜ ÜZRƏ YARIŞ KEÇİRİLMİŞDİR

          Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən payız çağırışına həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

      Çağırışa qədər və şağırış yaşlı gənclərin ümumi və xüsusi fiziki hazırlıq səviyyələrini müəyyən etmək və yüksəltmək, gənclərdə vətənpərvərlik ruhunun aşılanması məqsədilə keçirilən tədbirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları – baş məsləhətçi Salman Əbdülov və baş məsləhətçi Kamal Əhmədov iştirakçıları salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar. 17 – 19 yaşlı yeniyetmə və gənclər arasında keçirilən yarış 100 m və 1000 m məsafələrə qaçış, turnikdə dartınma və qumbara atma növlərindən ibarət olmuşdur. Yekun nəticələrə əsasən komanda hesabında I yeri Xətai rayon komandası, II yeri Nərimanov rayon komandası, III yeri Yasamal rayon komandası tutmuşlar. Şəxsi hesabda I yeri Məmmədov Qadir (Binəqədi rayonu), II yeri Əhmədov Səlimxan (Nərimanov rayonu), III yeri Axundzadə Hacı (Xətai rayonu) tutmuşlar.

          Komanda və şəxsi hesabda fərqlənən idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunacaqlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir