Uşu idman növü üzrə Bakı şəhər çempionatına yekun vurulmuşdur.

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Balaxanı İdman Mərkəzində uşu idman növü üzrə Bakı şəhər çempionatına yekun vurulmuşdur. Çempionatda 125 nəfər idmançı mübarizə aparmışdır. Nəticələrə görə 2002-2003-cü il təvəllüdlülər arasında 40 kq çəki dərəcəsində Rəvan Ələsgərli (Anar İK), 44 kq çəki dərəcəsində Anar Allahverdiyev (Laçın İK),  48 kq çəki dərəcəsində  Kamil Ələkbərli (Favorit İK), 52 kq çəki dərəcəsində Emin Mustafayev (Favorit İK), 56 kq çəki dərəcəsində Rövşən Məmmədov (Arktika İK), 60 kq çəki dərəcəsində Rəvan Manafzadə (Anar İK), 65 kq çəki dərəcəsində Riyad Kərimov (Anar İK), +65 kq çəki dərəcəsində Hüseyn Simiyev (Arktika İK), 2004-2005-ci il təvəllüdlülər arasında 33 kq çəki dərəcəsində Pərviz Abıyev (Arktika İK), 36 kq çəki dərəcəsində Tural Allahverdiyev (Laçın İK), 40 kq çəki dərəcəsində Rəvan Abdullayev (Laçın İK), 44 kq çəki dərəcəsində Tərlan Məmmədov (Favorit İK), 48 kq çəki dərəcəsində Tural Hacıməmmədli (Arktika İK), 52 kq çəki dərəcəsində Kənan Həsənli (Anar İK), 56 kq çəki dərəcəsində Əbdüləli Əlili (Arktika İK), 2006-2007-ci il təvəllüdlülər arasında  27 kq çəki dərəcəsində Natiq Əlili (Arktika İK), 30 kq çəki dərəcəsində Rəşad Xalıqov (Polad İK), 33 kq çəki dərəcəsində Amin Əlili (Arktika İK), 36 kq çəki dərəcəsində Amil Ağayev (Anar İK), 40 kq çəki dərəcəsində Əkbər Əmirov (Arktika İK), 44 kq çəki dərəcəsində Qafur Qafarov (Arktika İK), 48 kq çəki dərəcəsində İskəndər Hüseynov (Arktika İK),  2008-2010-cu il təvəllüdlülər arasında 18 kq çəki dərəcəsində Xəyyam Tağıyev (Anar İK), 21 kq çəki dərəcəsində Turan Mirəliyev (Laçın İK), 24 kq çəki dərəcəsində Əli Vəkilov (Avatar İK), 27 kq çəki dərəcəsində Məhəmmədrəsul Əsədzadə (Avatar İK), 30 kq çəki dərəcəsində Orxan Şimiyev (Favorit İK), 33 kq çəki dərəcəsində Kənan Cəfərli (Polad İK), 36 kq çəki dərəcəsində Murad Mikayılov (Favorit İK) I yerlərə layiq görülmüşlər.

    I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələr ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir