Baş İdarədə Dövlət Proqramına dair müzakirə keçirilib

      Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) konfrans zalında rayon gənclər və idman idarələrinin rəhbərlərinin iştirakı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına dair  müzakirə keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Dövlət Proqramının icrası ilə  bağlı il ərzində görüləcək işlər haqqında ətraflı məlumat verib. Qeyd edilib ki,  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və rayon gənclər və idman idarələrinin illik tədbirlər planı mövcud normativ hüquqi aktları rəhbər tutaraq təsdiq edilir. Beləki, “2017-2021- ci il Azərbaycan gəncliyi dövlət proqramı”ndan irəli gələn tələblər növbəti dövrlər üçün təsdiqi nəzərdə tutulan tədbirlər planına əsas istiqamət olaraq rəhbər tutulacaqdır. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və paytaxtın rayon gənclər və idman idarələri dövlət proqramından irəli gələn tapşırıqların və tədbirlərin icrasını gənclərin iştirakı və gənclərin maraqlarına cavab verən, günün tələblərinə uyğun olaraq gerçəkləşməsinə çalışacaqdır.

           Tədbirin sonunda irəli sürülən təkliflərin müzakirəsi aparılmışdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir