Kapoeyra üzrə Bakı şəhər kuboku keçirilmişdir.

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində kapoeyra üzrə Bakı şəhər kuboku keçirilmişdir. Yarışda ümumilikdə 51 nəfər idmançı iştirak etmişdir. Yekun nəticələrə görə  oğlanlar arasında I yaş qrupu (4-6 yaş) I yerə Murad Məmmədzadə, II yerə Cəfər Hüseynov, III yerə Emil Qazıxanov, Orxan Hüseynov, II yaş qrupu (7-9)  I yerə Dilqəm İsmayılov, II yerə Yusif İdayev, III yerə Rövşən Mustafayev, Sahib Qarayev, III yaş qrupu (10-12) I yerə Murad Əhmədov, II yerə İsmayıl Həsənov, III yerə Zülfü Rzazadə, Fuad Kəngərli, IV yaş qrupu (13-16) I yerə Qalib Həsənov, II yerə Murad Yusubov, III yerə Nurlan Bağırov, Rüfət Əmrahlı, V yaş qrupu (17+) I yerə Cəlil Qəniyev, II yerə Emin Süleymanov, III yerə Aydın Baxışlı, Fərid Mustafayev, qızlar arasında isə I yaş qrupu (4-6 yaş) I yerə Ayan Lətifli, II yerə Məryəm Qənbərli, III yerə Aliyə Rəhimli, Sibel Qədirova, II yaş qrupu (7-10)  I yerə Aliyə Aslan, II yerə Nuray Abdullazadə, III yerə Kamilla Qaralova, Nuray İsmayılova,  III yaş qrupu (11-13) I yerə Gülçöhrə Abbasova, II yerə Fərəh Musayeva, III yerə Xədicə Zeynallı, Xuraman Nəsirova layiq görülmüşlər.

     I, II və III yeri tutmuş idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və xatirə hədiyyələri təqdim edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir