“Azərbaycan gəncləri narkotiklərə yox deyir” inşa yazı və rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.

       Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar  Abşeron Rəsm Qalereyasında “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında inşa yazı və rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Abşeron Rəsm Qalereyasının müdiri Eldəniz İbrahimov,  BŞGİBİ-nin rəis müavini Aydin Yusifov, gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə Qarşı Mübarizə  Üzrə Dövlət  Komissiyasının  İşçi qurupunun  nümayəndəsi  Raqif Allahverdiyev,  rayon idarələrinin əməkdaşları, şagird və valideynlər iştirak etmişlər.

         Mükafatlandırma mərasimində  inşa yazı müsabiqəsində I yerə Nizami rayonu Məhrubə Abdullayeva  10 saylı orta məktəb, II yerə Nərimanov rayonu  Rəna Şərifova Respublika Humanitar Fənlər Gimnaziyası , III yerə Xətai  rayonu Nəcibə Orucova 287 saylı orta məktəb, rəsm müsabiqəsində isə I yerə Nizami rayonu Nigar Cəlilova 201 saylı orta məktəb, II yerə Xətai rayonu Nərgiz Suvarova 17 saylı orta məktəb, III yerə Xəzər rayonu Hüseyn Hüseynov Xarici Dillər Təmayüllü Gimnaziya  layiq görülmüşlər.

         İnşa yazı və rəsm müsabiqələrində fərqlənmiş şagirdlər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir