Sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

    Bakı şəhər Gənclər və  İdman Baş İdarəsi tərəfindən  Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-roma güləşi üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçirilmişdir.

      Yarışda sərbəst güləş üzrə Neftçi (İKİB),  DİN İC, 9 № UGGİM,  MOİK,  Lokomotiv İSM, Zenit İC, Cavanşir (İK)-ni təmsil edən 73 idmançı mübarizə aparmışdır. Nəticələrə görə 57 kq çəki dərəcəsində Anar Baxışov (FHN), 61 kq çəki dərəcəində Cəlal Süleymanov  (Azəri İK), 65 kq çəki dərəcəsində Elçin Vəliyev (Lokomotiv İSM), 70 kq çəki dərəcəsində Vurğun Əliyev (DİN İC), 74 kq çəki dərəcəsində Kamil Hüseynov  (Zenit İC), 86 kq çəki dərəcəsində Elçin Məmmədov (DİN İC), 97 kq çəki dərəcəsində Cavid Sadıqov (DİN İC), 125 kq çəki dərəcəsində Orxan Həsənov(Neftçi İKİB),  komanda hesabında isə  Azəri İdman Klubu I yerı tutmuşdur.

     Yunan-roma güləşi üzrə Neftçi İKİB, ROİL,  DİN İC, Lokomotiv İC  MOİK, Məhsul İC, Spartak İC, Hovsan OİK, Pəhləvan İK, Fərasət İSM, Gömrükçü İSM, Gənclik İK, Cəngi GK-ni  təmsil edən 111 idmançı iştirak etmişdir. Nəticələrə görə 59 kq çəki dərəcəsində Zaur Nuriyev (Məhsul İC), 66 kq çəki dərəcəsində  Taleh Məhərrəmov (Gömrük  İSM), 71 kq çəki dərəcəsində Xəyal Əliyev (Cəngi GK), 75 kq çəki dərəcəsində Ülvi Qənizadə (Neftçi İKİB), 80 kq çəki dərəcəsində Sakit Cəlilov (Neftçi İKİB), 85 kq çəki dərəcəsində Elməddin Ramazanov (Neftçi İKİB), 98 kq çəki dərəcəsində Tehran Əminzadə (Gömrük İSM), 130 kq çəki dərəcəsində Cavid Feyziyev (Pəhləvan İK), komanda hesabında isə Neftçi İKİB I yerə layıq görülmüşlər.

     Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir