Boks üzrə Bakı şəhər açıq birinciliyinə yekun vuruldu

     Bakı şəhər Gənlər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında  boks üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Birincilikdə 118  idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Nəticələrə görə 49 kq çəki dərəcəsində Maqsud Xasmetov (Abşeron), 52 kq çəki dərəcəsində Əflatun Babayev (DİN İC), 56 kq çəki dərəcəsində Elzamin Səlimov (Rabitə İK), 60kq çəki dərəcəsində Pərvin Heydərov (Qızıl Əlcək İK), 64 kq çəki dərəcəsində Məhəmmədəli İsmayılov (GilanİK), 69 kq çəki dərəcəsində Rüfət Nəbiyev  (Ağdaş İK), 75 kq çəki dərəcəsində Mirqadir Miriyev (MOİK), 81 kq çəki dərəcəsində Zaur Musayev (Rabitə İK), 91 kq çəki dərəcəsində Elmir Süleymanov (Rabitə İK), +91 kq çəki dərəcəsində Vüqar Səmədov  (Neftçi İKİB),   I yerlərə layiq görülmüşlər.

    I, II və III yerləri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir