Şahmat üzrə “BAKU OPEN – 2017” uşaq turnirinə start verildi

   12 noyabr 2017-ci il tarixdə Respublika Şahmat Mərkəzində (Klub) 2005-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə “BAKU OPEN – 2017” uşaq turnirinə start verilmişdir. Turnirdə paytaxt idmançıları ilə yanaşı Naxçıvan MR (Şərur), Sumqayıt, Göyçay, Salyan şəhər və rayonlarını, o cümlədən Ukraynanı təmsil edən 91 nəfər idmançı (onlardan 28 nəfəri qızlardır) iştirak edir. Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçiriləcəkdir. Oyunları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərlik etdiyi hakimlər kollegiyası idarə edir.
Yarışın rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, Respublika Şahmat Mərkəzinin direktoru Məcid Əfəndiyev və yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə yarış iştirakçılarını salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir