Su polosu üzrə Bakı şəhər açıq turniri keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Su İdman Sarayında  su polosu üzrə 12 noyabr Konstitusiya gününə həsr olunmuş Bakı şəhər açıq turniri keçirilmişdir.  Yekun nəticələrə əsasən I yerə Aquatik-I, II yerə MOİK, III yeri isə Aquatik-II komandaları tutmuşdur. Qalib komandalar müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir