Bədii gimnastika üzrə Bakı şəhər çempionatı və birinciliyinə yekun vurulub

    Azərbaycan Gimnastika Federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Bakı şəhər çempionatı və birinciliyi keçirilib.

     Yarışların ilk günü “balacalar” (2007-2008- 2009-cu il təvəllüdlülər) yaş kateqoriyasında yer almış və hərəkətləri fərdi proqram üzrə yerinə yetirən gimnastların çıxışları ilə başlanıb. Günün sonunda isə onlar çoxnövçülük üzrə mükafatçıları müəyyən edilib. (alətsiz, ip, halqa və top). Bundan sonra yarışlara eyni yaş qrupuna, həmçinin yeniyetmələr  kateqoriyasına aid olan qrup hərəkətləri komandaları qatılıb.

   Nəticələrə görə 2007-ci il təvəllüdlülər arasında I yerə Kamilla Seyidzadə, II yerə Mədinə Dəmirova, III yerə Mehriban Abdullayeva, 2008-cil il təvəllüdlülər arasında  I yerə Nərmin Bayramova, II yerə Məryəm İonis, III yerə Leyli İsmayılova, 2009-cu il təvəllüdlülər arasında isə I yerə Məryəm Əliyeva, II yerə Ayan Sadıqova, III yerə Gövhər İbrahimova , yeniyetmələr arasında I yerə Nərmin Bayramova, II yerə Fidan Yusifzadə, III yerə Alina Gözəlova, gənclər arasında I yerə Arzu Cəlilova, II yerə Ləman Əlimuradova, III yerə Darya Farşbafşəhriyari, böyüklər arasında I yerə Zöhrə Ağamirova, II yerə Veronika Qudis, III yerə Darya Sorokina layiq görülmüşlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir