Şən və Hazırcavablar Klubu Liqasının qalibləri müəyyən olunub

     Rəşid Behbudov adına Mahnı Teatrında Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyinin dəstəyi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə  Şən və Hazırcavablar Klubunun (ŞHK) yeniyetmələrin III liqası keçirilib.  Turnirdə Bakı şəhərində yerləşən ayrı-ayrı məktəblərin 20-yə yaxın komandası iştirak etmişdir.

   Oyunlara  tanınmış aktyor Samir Ələsgər, radio aparıcısı Emil Nəsirov, “Parni iz Baku” ŞHK-nın üzvü Yana Nikitina, “Mozalan” kinojurnalının müdiri Əlisəttar Quliyev, ŞHK liqasının müdiri Cavid Şahbazbəyov tərəfindən qiymət verilmişdir.

   Birinci günün nəticələrinə görə I yeri 18 saylı orta məktəbin  “Şəhər uşaqları” komandası, II yeri 6 saylı orta məktəbin yığma komandası, III yeri isə  160 saylı  gimnaziyanın “160 protsentov smexa” və Slavyan Liseyinin komandası tutmuşdur.

      Ən yaxşı debütə görə 191 saylı orta məktəbin “Or vışe qor” komndası kubokla təltif olunmuşdur.

    İkinci günün ən yaxşı debütünə görə 17 və 193 saylı orta məktəblərin komandaları , III yerə “Ankara” Liseyinin yığma komandası,  II yerə 134 saylı orta məktəbin yeni yığma komandası layıq görülmüşdür.  Böyük Kubokun qalibi  isə Bakı Modern Məktəbinin  komandası olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir