Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinə həsr olunmuş tədbir keçirilmişdir.

        Bakı şəhər Gənclər və İdman Baş İdarəsi,  Yasamal rayon  İcra  Hakimiyyəti, Yasamal rayon Gənclər və İdman  İdarəsinin təşkilatçılığı  ilə   Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin akt zalında «Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə» Dövlət Proqramı»na müvafiq olaraq gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinə  həsr  olunmuş  tədbir  keçirilmişdir.

      Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov giriş sözü ilə çıxış edərək bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə «Azərbaycan gəncliyi 2017-2021-ci illərdə» Dövlət Proqramı»nın prioritetlərindən biri azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsidir. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin qorunmasında vətənpərvərlik tərbiyəsinin  yerinin və rolunun  əvəzsiz  olduğunu  vurğulamışdır. İ.Səfərov çıxışında  gənclərin  Azərbaycanın milli-mədəni irsi  və  tarixi  haqqında  məlumatlandırılması, vətənpərvərlik tərbiyəsi  sahəsində  yeni  layihələrin  tətbiq  edilməsi, hərbi  xidmətə  həvəsləndirilməsi, müasir  texnologiyalar  vasitəsi  ilə  Azərbaycan  tarixinin  gənclər  arasında  öyrənilməsində  virtual  imkanların  yaradılması  məsələlərinə  toxunmuşdur.

      Toplantıda Bakı  Şəhər  Gənclər  və  İdman  Baş  İdarəsinin  rəisi  Raqif  Abbasov, Yasamal rayon  İcra  Hakimiyyətinin  başçısının I müavini  Səməd İslamov,  Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri, «Virtual Qarabağ» İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev,  Dövlət Təhlükəsiklik Xidmətinin Yasamal rayon İdarəsinin rəisi İlham Qasımzadə  çıxış  etmişlər.

         Tədbirin rəsmi hissəsindən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə «Virtual Qarabağ» İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində hazırlanmış «İrəvan:gizlədilmiş həqiqətlər» adlı sənədli filmi  nümayiş  etdirilmiş.

       Tədbirdə  rayon  ərazisində  fəaliyyət  göstərən  ali  və  orta  ixtisas məktəblərinin  tələbələri, orta  ümumtəhsil  məktəblərinin  yuxarı  sinif  şagirdləri, idarə, müəssisə  və  təşkilatlarda  çalışan  fəal  gənclər, Qeyri  Hökumət  Təşkilatlarının  nümayəndələri, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin bir qrup  gənc  zabiti və  C.Naxçıvanski adına  Hərbi  Liseyin  müdavimləri  iştirak  etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir