3 dekabr – Beynəlxalq Əlillər günü ilə əlaqədar tədbir keçirildi

     1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 3-Dekabr Beynəlxalq Əlillər gününə həsr olunmuş gənc əlillərin əl işlərindən ibarət sərgi keçirilmişdir. Sərgidə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısınin müavini Rəna Fərəcova, millət vəkili Dilarə Cəbrayılova  və Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev iştirak etmişlər.

     Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək, dövlətin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə  həyata keçirilən işlərdən danışıb. R.Abbasov bildirib ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır.

    Sonda sərgiyə baxış keçirildikdən sonra 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzinin gənc əlilləri 5 sənət növü – tikiş, rəssamlıq, toxuma, ağac üzərində oyma və xalçaçılıq üzrə nailiyyətlərinə görə diplom və mükafatlarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir