3 dekabr — Beynəlxalq Əlillər gününə həsr olunmuş idman yarışları keçirilmişdir

        Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbində və “Müşviq” əlil uşaqlara yardım ictimai birliyinin bərpa və sosioloji mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Qaradağ rayonu Gənclər və İdarəsi ilə birgə “3 dekabr – Beynəlxalq Əlillər günü”nə həsr olunmuş idman yarışları təşkil etmişdir.

        Yarışlar şahmat, dama, stolüstü tennis və voleybol növləri üzrə keçirilmişdir. Tədbirdə iştirak edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları Adil Ağayev, Salman Əbdülov, Cəlil Əlizadə, Qaradağ rayonu Gənclər və İdarəsinin rəisi Elçin Abbasov, idarənin əməkdaşı Taleh Məhərrəmov, Qaradağ rayonu Gənclər Evinin direktoru Səbuhi Dadaşzadə internat məktəbində fəaliyyət göstərən idman qurğuları, o cümlədən məktəbin idman sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olduqdan sonra idman növləri üzrə yarışların qaliblərinin iştirakı ilə təntənəli bağlanış mərasimində iştirak etmişlər. Voleybol və stolüstü tennis üzrə turnirlərin qalibləri təltif olunduqdan sonra qonaqlar “Müşviq” əlil uşaqlara yardım ictimai birliyinin bərpa və sosioloji mərkəzində keçirilən şahmat və dama yarışlarının bağlanış mərasimində iştirak etmişlər.

       Qalib iştirakçılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir