2017-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.

     Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq  “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində 2017-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə il ərzində İdarə tərəfindən keçirilmiş müsabiqə və yarışlarda fərqlənmiş məktəblilər mükafatlandırılmışlar.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, İdarənin əməkdaşları, idman müəllimləri və şagirdlər iştirak etmişlər.
Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və baş məsləhətçi Salman Əbdülov tədbir iştirakçılarını salamlayaraq, həyata keçirilən layihə, müsabiqə və yarışlarda yaxından iştirak etdiklərinə görə şagirdlərə, onların müəllim və valideynlərinə, məktəblərin rəhbərlərinə təşəkkürlərini bildiriblər. Sonra 12 Noyabr – “Konstitusiya Günü” münasibətilə keçirilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyununun, “Marş irəli” devizli Vətənin müdafiəsinə hazıram! poliatlon çoxnövçülüyü, “Voleybol” (qızlar), “Stolüstü tennis”, “Dama” birinciliklərinin qaliblərinə diplom və medallar təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir