Qılıncoynatma üzrə yeniyetmə və gənclər arasında Bakı şəhər birinciliyinə yekun vurulub.

   Baş İdarə tərəfindən Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən qılıncoynatma üzrə  yeniyetmə və gənclər arasında Bakı şəhər birinciliyinə yekun vurulub. Yarışın ilk günündə mübarizəyə 2001-2006-cı il təvəllüdlü yeniyetmə idmançılar qoşulub. İki gün davam edən birinciliyin ilk günü açılış mərasimi ilə başlayıb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Fikrət Zeynalov iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb. 68 yeniyetmə oğlan və qızın yarışdığı birincilikdə sablya, şpaqa və rapirada qaliblər müəyyənləşib.

Sablya

Oğlanlar

1-ci yer Tuqay Zeynallı

2-ci yer Maqsud Hüseynli

3-cü yer Murad Əkbərov, Ayxan Xasiyev

Qızlar

1-ci yer Aysel Əhədova

2-ci yer  Xədicə Şamilova

3-cü yer Səbinə Məlikzadə, Günel Məmmədova

Şpaqa

Oğlanlar 1-ci yer Xalid Əliyev

2-ci yer Cavid Cahangirov

3-cü yer  Fərrux Səfərov, Barat Quliyev

Qızlar

1-ci yer Ülkər Hümbətli

2-ci yer Azərin İdriszadə

3-cü yer Məryəm Sadıxova, Aysu Nuriyeva

Rapira

Qızlar

1-ci yer Safiya Uluxanova

2-ci yer  Sumayyə Uluxanova

3-cü yer  Nərgiz Bəşirova

   Yarışın ikinci günündə 1998-2001 təvəllüdlü gənc qılıncoynadanlar bacarıqlarını nümayiş etdiriblər. 55 gənc oğlan və qız qılıncoynadanın yarışdığı birincilikdə sablya, şpaqa və rapirada qaliblər müəyyənləşib.

Sablya

Oğlanlar

1-ci yer  Cavanşir Ağakişiyev

2-ci yer  Xalid Əsədov

3-cü yer  Qərib ibrahimov, Murad Əkbərov

Qızlar

1-ci yer Nərmin Cəfərova

2-ci yer  Xədicə Şamilova

3-cü yer  Sara Aydəmirova, Ayla Muradzadə

Şpaqa

Oğlanlar

1-ci yer  Xalid Əliyev

2-ci yer  Barat Quliyev

3-cü yer  İslam Yusifov, Fərrux Səfərov

Qızlar

1-ci yer  Məryəm Məlikova

2-ci yer  Ülkər Hümbətli

3-cü yer  Məryəm Sadıxova, Azərin İdriszadə

Rapira

Qızlar

1-ci yer  Məryəm Məlikova

2-ci yer Sumayyə Uluxanova

3-cü yer Nərgiz Bəşirova, Firuzə Həsənova

Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və xatirə hədiyyələri təqdim edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir