Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş Bakı şəhər açıq turniri keçiriləcək!

    Dekabrın 23-də Şüvəlan qəsəbəsində yerləşən Azərbaycan Ağır Atletika Akademiyasında “Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş” ağır atletika üzrə Bakı şəhər açıq turniri keçiriləcək.  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan  Ağır Atletika Federasiyası tərəfindən keçirilən yarışda 1997-ci il təvəllüdlü və ondan kiçik yaşlı idmançılar mübarizə aparacaqlar.

   I, II və III yerləri tutmuş idmançılar  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi  və Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və medallarla təltif olunacaqlar.

     Hər kəsi bu maraqlı yarışı izləməyə dəvət edirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir