“Qış Tətili” uşaq macəra filminin Qala gecəsi keçiriləcəkdir.

   Bu gün saat 19:00-da  Nizami  Kino Mərkəzində “Qış Tətili” uşaq macəra filminin Qala gecəsi keçiriləcəkdir. Qeyd edək ki,  film “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın icrası ilə əlaqədar  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), “Gənclərin Töhvəsi” İctimai Birliyi və Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə çəkilib. Filmin çəkilişləri Bakı şəhəri, Qobustan Dövlət Tarixi Bədii Qoruğu və Xaçmaz rayonunun Nabran qəsəbəsində baş tutub. “Qış Tətili” filminin baş qəhrəmanları əsasən 8-12 yaş arası yeniyetmələrdir. Filmin media dəstəkçisi ARB Media Qrupudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir