CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ ŞAHMAT VƏ DAMA TURNİRLƏRİ KEÇİRİLMİŞDİR

     Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq  Penitensiar xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində şahmat və dama turnirləri keçirilmişdir. Olimpiya sistemi üzrə keçirilən şahmat üzrə turnirdə I yeri Cahangirov Əli, II yeri İsmayılov Füzuli, III yeri Əkbərzadə Namiq, dama üzrə turnirdə I yeri Xozriyev Oder, II yeri Həmdəmov Zahid, III yeri Həmidzadə Mircamal tutmuşlar.
Tədbirin rəsmi bağlanış mərasimində Penitensiar xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin Tərbiyə işləri üzrə rəis müavini, ədliyyə mayoru Faiq Qarayev, Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin inspektoru, ədliyyə kapitanı Elxan Səfərli və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat və dama idman növləri üzrə koordinator – kuratoru Salman Əbdülov iştirak etmişlər. Natiqlər öz çıxışlarında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulamışlar.
Sonda qalib şəxslər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir