Xatirə turniri başa çatdı

  Dekabrın 23-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə açıq turniri başa çatb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda paytaxt və regionlarda fəaliyyət göstərən idman təşkilatlarından 1997-ci il və daha kiçik təvəllüdlü yeniyetmə və gənc ağır atletlər iştirak ediblər.

   Əvvəlcə yarəşın açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti İsmayıl İsmayılov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov çıxış etmişlər.  Sonra mərhumun həyat yoldaşı Nəsibə Şahbazova da çıxış edərək yarış təşkilatçılarına təşəkkür edib, Fəxrəddin Şahbazovun ailəsi adından onu hər dəfə yad etdikləri və  belə yarışlar təşkil etdiklərinə görə təşkilatçılara çox şad olduğunu bildirib.
Sonda Milli Qəhrəmanın nəvəsi, babasının adını daşıyan Fəxrəddin “mən Fəxrəddin Şahbazovun nəvəsi olmağımla fəxr edir, onun üçün darıxıram” deyərək, zala toplaşanların alqışını qazanıb.

      Açılış mərasimindən sonra yarış açıq elan edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Sonra  atletlər medal mübarizəsinə qoşulublar. Nəticələrə görə, 50 kq çəki dərəcəsində Ömər cavadov (Zirvə İK), 56 kq çəki dəərəcsində Sale Alxasov (Zirvə İK), 62 kq çəki dərəcəsində Elməddin hüseynov (Zirvə İK), 69 kq çəki dərəcəsində Nurlan Rəsulov (Zirvə İK), 77 kq çəki dərəcəsində Əlimərdan Alxasov (Zirvə İK), 85 kq çəki dərəcəsində Sənan Mirzəyev (Spartak İC), 94 kq çəki dərəcəsində Əliş Nəzərov (Təhsil RİM, 105 kq çəki dərəcəsində Ümidvar Bayramlı (Təhsil RİM), +105 kq çəki dərəcəsində Asxab Kalayev I yerə çıxmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir