Futbol üzrə Bakı şəhər klub-komanda birinciliyinin mükafatlandırma mərasimi keçirilmişdir.

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin konfrans zalında 67-ci futbol üzrə Bakı şəhər klub-komanda birinciliyinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev, futbol üzrə kurator Anar Əsədov, yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Füzuli Nəcəfov və klubların baş məşqçiləri iştirak etmişlər.  Tədbirdə I dəstədə 2004 – 2005-ci il təvəllüdlü komandalar arasında I yerə BİFM, II yerə Vətən-1, III yerə RİOEUGİM, 2003-cü iı təvəllüdlü komandalar arasında I yerə Vətən-1, II yerə BİFM, III yerə  Vətən-2, 2002-ci il təvəllüdlü komandalar arasında I yerə ROİL, II yerə BİFM, III yerə Vətən-1, 2001-ci il təvəllüdlü komandalar arasında I yerə Vətən-1, II yerə BİFM, III yerə RİOEUGİM, klub hesabında isə   I yerə Vətən-1, II yerə BİFM, III yerə RİOEUGİM layiq görülmüş komandalar mükafatlandırılmışlar.

      II dəstədə isə 2004-2005-ci il təvəllüdlü komandalar arasında I yerə Bakı kəndlər, II yerə Sabunçu, III yerə Vətən-3, 2003-cü iı təvəllüdlü komandalar arasında  I yerə Zəngəzur, II yerə Sabunçu, III yerə Vətən-3, 2002-ci il təvəllüdlü komandalar arasında I yerə Vətən-3, II yerə Atəşgah, III yerə Vətən-4, 2001-cı il təvəllüdlü komandalar arasında I yerə Vətən-4, II yerə Sabunçu, III yerə Vətən-3, klub hesabında isə I yerə Vətən-3, II yerə Sabunçu, III yerə Vətən-4 layiq görülmüş komandalar mükafatlandırılmışlar.

    Yarışda I,II,III yerlərə layiq görülmüş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar və kubokla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir