FHN-nin N saylı hərbi hissəsində əsgər və zabit heyəti ilə görüş keçirildi.

    Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Fövqəladə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər və zabit heyəti ilə görüş keçirildi. Tədbirdə Zamin Əhmədov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə əsgərləri təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Sonra hərbi xidmətdə fərqlənmiş 15 nəfər əsgər və zabit heyəti Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunmuşlar.

    Sonda incəsənət ustaları bayram konserti ilə çıxış etmişlər. Əsgərlər vətənpərvərlik mahnılarının   sədaları altında rəqs etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir