PENİTENSİAR XİDMƏTDƏ ŞAHMAT TURNİRİ KEÇİRİLMİŞDİR

      Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməkdaşları arasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Ədliyyə Nazirliyi Penitensiar xidmətinın birgə təşkilatçılığı ilə   Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş şahmat turniri keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator – kuratoru Salman Əbdülov yarış iştirakçılarını salamlamış, onlara müvəffəqiyyətlər arzulamışdır. Olimpiya sistemi üzrə keçirilən şahmat turnirində 40 nəfər iştirak etmişdir. Gərgin oyun şəraitində keçirilən şahmat turnirində I yeri ədliyyə mayoru Sənan Məmmədov, II yeri ədliyyə giziri Elçin Qasımov, III yeri ədliyyə mayoru Zamin Əliyev tutmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir