Üzgüçülük üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.

             Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Olimpiya İdman Kompleksində  üzgüçülük üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir. Çempiontda 1 saylı RİOEUGİM, Hövsan OİK, Sumqayıt OİK, Azərbaycan Üzgüçülük Klubu, Sərhədçi İOM, 7 saylı İOEUGİM, Su İdman Sarayı, Atrium İK, Kristall İK-nı təmsil edən 113 nəfər idmançı (onlardan 31 nəfər qizlar) iştirak etmişdir.

         Nəticələrə görə 50 m məsafəyə arxa üstə üsulla Anna Andryuşenko  (AÜK), Elyar Cahangirbəyov (Sərhədçi), 50 m məsafəyə sərbəst üsulla Anna Andryuşenko  (AÜK), Ələfsər Mikayılov (Sərhədçi),  100 m məsafəyə brass üsulla Yana Stisyuk (1 saylı RİOEUGİM), Murad Həbibzadə (Kristall), 100 m məsafəyə batterflay üsulla İlahə Rəciyeva (Sumqayıt), Ramil Vəlizadə (Sərhədçi), 100 m məsafəyə sərbəst üsulla Anna Andryuşenko  (AÜK), Ramil Vəlizadə (Sərhədçi), 200 m məsafəyə arxa üstə üsulla Dana Şandıbina  (1 saylı RİOEUGİM), Elyar Cahangirbəyov (Sərhədçi), 200 m məsafəyə sərbəst üsulla Anna Andryuşenko  (AÜK), Maksim Vorontsov (Su İd.S), 50 m məsafəyə batterflay üsulla İlahə Rəciyeva (Sumqayıt), Ramil Vəlizadə (Sərhədçi), 50 m məsafəyə brass üsulla Ayan Kələntərova (Su İd.S), Rəşad Alquliyev (Sərhədçi), 100 m məsafəyə arxa üstə İlahə Rəciyeva (Sumqayıt), Elyar Cahangirbəyov (Sərhədçi), 200 m məsafəyə qarışıq üsulla Yana Stisyuk (1 saylı ROEUGİM), Elyar Cahangirbəyov (Sərhədçi), 200 m məsafəyə batterflay üsulla Valeriya Vaskovskaya (Su İd.S), Ramil Vəlizadə (Sərhədçi), 400 m məsafəyə sərbəst üsulla Anna Andryuşenko  (AÜK), Ramil Vəlizadə (Sərhədçi), 400 m məsafəyə qarışçıq üsulla Ayan Kələntərova (Su İd.S), Elyar Cahangirbəyov (Sərhədçi), 200 m brass üsulla Ayan Kələntərova (Su İd.S), Tural Həsənzadə (Atrium) I yerlərə layiq görülmüşlər.

           Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, medal  və kubokla mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir