Əsgərlər arasında bilik yarışması keçirilmişdir.

         Qaradağ rayon Heydər Əliyev Mərkəzində “26 iyun Silahlı Qüvvələr günü” nə həsr olunmuş  hərbi hissələrin əsgərləri arasında bilik yarışması keçirilmişdir.

                  B akı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən bilik yarışmasının əvvəlində Azərbaycan Dövlət himni səsləndirilmişdir.
Tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, aparıcı-məsləhətçisi Samir Kazımov, Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova çıxış edərək 1918-ci il iyunun 26-da yaradılmış Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixindən danışmışdır. Bildirilmişdir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ordumuzun daha da güclənməsinə böyük diqqət və qayğı göstərir.

             Sonra bilik yarışmasına start verilmişdir. Əsgərlərə Azərbaycan hərb tarixi və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında suallar verilmişdir.

                 Qaliblər  müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir