Alpaqut Turan döyüş sənəti üzrə Bakı şəhər açıq turniri keçirilmişdir.

          Baş İdarə tərəfindən Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubiley münasibətilə Azərbaycan Xalq Cühuriyyətinin ilk hərbi naziri olmuş Xosrov bəy Sultanovun xatirəsinə həsr edilmiş Alpaqut Turan döyüş sənəti üzrə Bakı şəhər açıq turniri keçirilmişdir. Turnirdə 300-dən çox idmançı mübarizə aparmışdır. Nəticələrə görə  I yerə İsfəndiyar Kərimli (25 kq), Elmir Behbudov (30 kq), İlkin Məmmədov (32 kq), Tunar Kərimli (35 kq), İsmayıl İsayev (40kq), Əli Hüseynov (45 kq), Nihat Alməmmədov (47kq), İslam Soltanov (50 kq), Tacəddin Musazadə (55kq),  Emil Hüseynov (60kq), Rəşad İsmayılzadə (65kq), Fəqan Rzayev  (75kq), Natiq Eminov (+85kq)  layiq görülmüşlər.

                I, II və III yeri tutmuş idmançıalr Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom medal və kubokla təltif olunmuşdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir