Baş İdarədə Türkiyə gəncləri ilə görüş keçirilmişdir.

           Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Bakı şəhər Gənclər və İdman Baş İdarəsində Gəncliyə Yardım Fondunun dəstəyi ilə 100 İllik Əmanət layihəsi çərçivəsində Türkiyə Respublikasının 20 -yə yaxın ali təhsil ocaqlarının gəncləri ilə  görüş keçirilmişdir.

            Görüşdə qonaqlara ölkəmizin tarixi, müstəqillik mübarizəsi və sürətli inkişafı barədə ətraflı məlumat verilmişdir.  Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin regionun lider dövlətə çevrildiyini, bu gün dünyada söz və nüfuz sahibinə çevrilən Azərbaycanın beynəlxalq əlaqələrinin sürətlə genişləndiyini, ölkəmizin mötəbər beynəlxalq təşkilatların rəhbər heyətində təmsil olunduğunu diqqətə çatdırılmışdır.

         Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin I müavini Aydın Yusifov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Baş İdarənin Gənclərlə iş şöbəsinin müdiri Zamin Əhmədov, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, vitse prezidenti Salman Əliyev, Türkiyə Beynəlxalq Gənclik Dərnəyinin nümayəndəsi Alaaddin Sərxan Yaman iştirak etmişlər.

          Nümayəndə heyətinin üzvləri göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qardaş ölkələrimiz arasındakı münasibətlərin dostluq, qardaşlıq prinsiplərinə əsaslandığını diqqətə çatdırıblar.

              Sonra müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.

             Qeyd edək ki, Azərbaycanda bir həftə qalacaq tələbələr Bakı, Gəncə, Şamaxı, Quba, Zaqatala kimi şəhərləri ziyarət edəcək və tarixi məkanlarla tanış olacaqlar.

One thought on “Baş İdarədə Türkiyə gəncləri ilə görüş keçirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir