Roller və skeytbord üzrə Bakı şəhər kuboku keçirilib

         Paytaxtda roller və skeytbord üzrə Bakı şəhər kuboku keçirilib.  Respublika Velotrekində baş tutmuş yarış Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən təşkil olunub. Yarışda 14 yaşlı və daha yuxarı təvəllüdlü oğlanlar mübarizə aparıblar. Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması, roller və skeytbord idman növünün təbliği və inkişaf etdirilməsindən ibarətdir. Nəticələrə görə  14-15 yaşlar arasında   Səid Ümidli, Samir Əliyev, Sarıbala Əsədov, Əfqan Atamollayev, Asif Səmədov, Yavər Salamov, 16-17 yaşlar arasında Tural Qasımov, Surxay Əlizadə, Səməd Hətəmov, Elbəyi Paşayev, Rəşad Cəfərov, Rinat Salehov, 18-20 yaşlar arasında Ərşad Vəliyev, Namiq Mamedov, Əli Axundov, 20 yaşdan yuxarı  Namiq Nuriyev, Fərid Əliyev və Salman Nurullayev I yeri tutmuşlar.

          Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, xatirə hədiyyələri və kubok təqdim edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir