Mini-futbol üzrə Bakı şəhər açıq turnirinin püşkatma mərasimi keçirilmişdir.

             Bu gün Baş İdarənin konfrans zalında  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Agentlik və tabeliyində olan qurumlar arasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş mini-futbol üzrə Bakı şəhər açıq turnirinin keçirilməsi ilə əlaqədar olaraq iclas və püşkatma mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Kütləvi bədən tərbiyəsi sektorunun müdiri Samir Salehov, baş məsləhətçi Salman Əbdülov, Agentliyin kadrlar və təlim şöbəsinin kadrlar sektorunun baş məsləhətçisi Ruslan Mirzəyev və 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin direktor müavini Anar Məmmədov  iştirak etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir