Bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinə yekun vurulub.

       Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyində gənc gimnastlar arasında halqa, top, gürzlər və lentlə hərəkətlərdə fərdi proqram üzrə qalib və mükafatçıların adları açıqlanıb.

          Bakı birinciliyində halqa ilə yarışlarda “Ocaq Sport” klubunun yetirmələri olan Yelizaveta Luzan 17,200 xalla birinci, Nərminə Səmədova 17 xalla ikinci, Arzu Cəlilova isə 14,950 xalla üçüncü yerdə qərarlaşıb. Topla hərəkətlərdə də “Ocaq Sport” klubunun həmin gimnastları fərqləniblər. Lakin bu dəfə Arzu Cəlilova (17,650 xal) qızıl, Yelizaveta Luzan (17,450 xal) gümüş, Nərminə Səmədova (17,150 xal) isə bürünc medala sahib olub. Gürzlərlə yarışlarda Nərminə Səmədova 17,250 xal, Arzu Cəlilova 16,650 xal (hər ikisi “Ocaq Sport” klubu), Dərya Farşbafşəhriyari (Bakı Gimnastika Məktəbi) isə 15,700 xal toplayaraq müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri bölüşüblər. Lentlə hərəkətlərdə də “Ocaq Sport” klubunun yetirmələri fəxri kürsünün ilk üç pilləsində qərarlaşıblar. Bir-birilərini cüzi xal fərqi ilə üstələyən Nərmin Bayramova (15,150 xal), Yelizaveta Luzan (15,100 xal) və Arzu Cəlilova (15 xal) ilk üçlüyü qapayıblar. Qrup yarışlarında balacalar arasənda topla I yerə “Ocaq-1” komandası (23,400 xal), II yerə “Ocaq-2” komandası (20,600 xal), III yerə “BGM-1”  komandası (19,300 xal), yeniyetmələr arasənda lentlə I yerə “Ocaq-1” komandası (8,250 xal), II yerə “BGM-3” komandası (7,450 xal), III yerə “Ocaqq-2” komandası (6,000 xal) layiq görülmüşlər.

           Beləliklə Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinə yekun vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir