Mini Futbol Turnirinin 1/8 final mərhələsinə yekun vuruldu.

      Mini Futbol Turnirinin 1/8 final mərhələsinə yekun vuruldu. Bu mərhələdə bir sıra maraqlı oyunlara şahid olduq. Qarşılaşmada 1 saylı ASAN və Sumqayıt ASAN komandaları arasında 3:0 hesabla  1 saylı ASAN komandası, Abad və Qəbələ ASAN komandaları arasında 2:4 hesabla Qəbələ ASAN komandası, Masallı ASAN və 2 saylı ASAN komandaları arasında 4:2 hesabla Masallı ASAN komandası, Agentlik (VSXİDA) və ASAN Radio komandaları arasında 9:0 hesabla Agentlik (VSXİDA) komandası, Quba ASAN və Mingəçevir ASAN komandaları arasında 8:1  hesabla Quba ASAN komandası 1/4 final mərhələsinə vəsiqə qazanmışlar.

      Qeyd edək ki, mini -futbol turniri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Agentlik və tabeliyində olan qurumlar arasında keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir