Səbail rayonu üzrə məhəllələrarası mini-futbol turnirinə yekun vurulmuşdur.

       Səbail rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilmişdir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Səbail rayonu Gənclər və İdman İdarəsi tərəfindən birgə təşkil olunmuş 2007-2008-cı illər təvəllüdlü uşaqlar arasında mini-futbol turnirinin oyunları 20-ci sahə ərazisində yerləşən futbol meydançasında keçirilmişdir. Yarışmada I yeri Səbail komandası, II yeri Bayıl komandası, III yeri Sahil komandası tutmuşdur.  Tədbirin sonunda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla  təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir