“Tacikistan və İpək yolu: tarix və müasirlik” mövzusunda beynəlxalq festival keçirilmişdir.

              Tacikistan  Respublikasında  MDB dövlətləri və Şanxay Əməkdaşlıq Təşkiatının gənclər və tələbələrinin iştirakı ilə “Tacikistan və İpək yolu: tarix və müasirlik” mövzusunda beynəlxalq festival keçirilmişdir. Festivalda Tacikistan ,Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Moldova və Rusiya ilə yanaşı Gənclər və İdman Nazirliyi tərəfindən ezam olunmuş Azərbaycan  nümayəndə heyəti də iştirak etmişdir.

                  İlk öncə festival iştiarkçıları Düşənbə şəhərində yerləşən Tacikistan dövlətinin qurucusu və banisi olan  İsmoil Somoninin abidəsi önünə gül dəstələri düzmüş və şəhərlə tanış olmuşlar.

                  Sonra festival iştirakçıları Soqdiy vilayətinə yola duşmüşlər.  Yol zamanı gənclərimiz bir sıra maraqlı proqramlar, mədəni tədbirlərdə iştirak etmişlər.

                   MDB dövlətləri və Şanxay əməkdaşlıq birliyinin gənclər və tələbələrinin beynəlxalq festivalı çərçivəsində Tacikstanın Soqdiy vilayətində yay sosial – innovasiya məktəbi və innovasiya sərgisi keçirilmişdir. Təntənəli açılış mərasimnində Soqdiy vilayətinin sədr müavini Nazira Qafforzoda, gənclər və idman işləri üzrə komitənin sədr müavini Dilnoza Axmodzoda  iştirak etmişlər.

                   Festivalda bir-birindən fərqli mövzuda və çoxlu sayda tədbirlər keçirilib.  Azərbaycan nümayəndə heyəti “Tacikistan və “İpək yolu” : tarix və müasirlik “ movzusunda elmi- nəzəri konfransda  iştirak etmişdir. Onlar “Qloballaşma prosesində gənclərin rolu”, “Terrorizm və ekstremizmə qarşı gənclərin rolu”, “Təmiz içməli suyun mühafizəsində gənclərin olu”, “MDB və ŞƏB ölkələrində könüllülər  hərəkatının İnkişafı “ kimi digər mövzularla bağlı müxtəlif panellərdə iştirak edib, fəallıqları ilə başqalarından seçiliblər.

              Gənclər “Kalyayi Muq”, “Arbob” sarayı, “İstiqlol”, “Kalyayi Xucand”, “Oşı Palav” kimi Tacikistanın  tarixi-memarlıq komplekslərini ziyarət etmişlər.

                    Festivalın sonuncu günündə “Dostluq səsi” gənclər festivalı keçirilmişdir. Azərbaycanı təmsil edən Rolan Seyidov uğurla çıxış edərək tədbir iştirakçıalrının rəğbətini qazanmışdır.

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir