“Dini radikalizmə qarşı İslam Həmrəyliyinin rolu” mövzusunda seminar keçirilib.

          Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın birgə təşkilatçılığı ilə  Xəzər rayon Gənclər evində “Dini radikalizmə qarşı İslam Həmrəyliyinin rolu” mövzusunda seminar keçirilib.

       Seminarda Dini Qurumlarla iş üzrə Dövlət Komtəsinin Təhsil sektorunun müdiri Əli Həziyev, Bakı şəhəri üzrə şöbənin əməkdaşı Hatəm Gülməmmədov, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəis müavini Aydin Yusifov, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, Baş İdarə və Xəzər rayon Gənclər və İdman idarəsinin əməkdaşları, rayonun fəal gəncləri iştirak ediblər.

        Tədbirdə dini radikalizmlə mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti haqqında, dini radikalizm və ekstremizmin fəsadlarından, onunla mübarizə metodlarından da danışılıb və həyata keçirilən bu cür  seminarların gənclərin maarifləndirilməsində mühüm əhəmiyyəti olduğunu bildirərək, İslam dininin mərhəmət, xeyirxahlıq və tolerantlıq dini olduğunu vurğulayıblar.

             Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir