Məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilmişdir.

       Suraxanı rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilmişdir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Suraxanı rayonu Gənclər və İdman İdarəsi tərəfindən birgə təşkil olunmuş 2007-2008-cı il təvəllüdlü uşaqlar arasında mini-futbol turnirinin oyunları Hövsan qəsəbəsi ərazisində yerləşən mini-futbol meydançasında keçirilmişdir. Turnirdə 12 komanda tərkibində 120 nəfər iştirak etmişdir.

        Yekun nəticələrə əsasən, I yeri Suraxanı komandası, II yeri Hövsan komandası, III yeri Günəşli komandası tutmuşdur.  Tədbirin sonunda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla  təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir