Nərimanov rayonunda “5 oktyabr – Müəllimlər günü” münasibəti ilə tədbir keçirilib.

         03 oktyabr 2018-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “5 oktyabr – Müəllimlər günü” münasibəti ilə Nərimanov rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında bilik yarışması keçirilib.
Bilik yarışmasının açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Samir Kazımov çıxış edərək hər bir iştirakçını salamlamış, müəllimlər günü münasibəti ilə müəllimləri təbrik etmiş, onlara cansağlığı, elm və təhsildə, pedaqoji fəaliyyətdə uğurlar arzulamışlar.
Qeyd edək ki, yarışda rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərindən 23 nəfər gənc müəllim iştirak etmişdir. Gərgin mübarizə nəticəsində I yerə 37 saylı tam orta məktəbin müəllimi Abbasova Aynurə, II yerə 45 saylı tam orta məktəbin müəllimi Həsənov Ceyhun, III yerə isə 93 saylı tam orta məktəbin müəllimi Salmanova Səbinə layiq görülmüş, həmçinin 5 nəfər müəllim yüksək nəticə göstərərək fərqlənmişdir.
Sonda qalib gəlmiş müəllimlər təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələr ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir