MƏHƏLLƏLƏRARASI MİNİ-FUTBOL TURNİRİ KEÇİRİLDİ

         Yasamal rayonu Sallaqxana küçəsi 7 ünvanında yerləşən futbol meydançasında Bakı şəhəri ərazisində məskunlaşmış Zəngilan rayonunun yeniyetmələri arasında “18 oktyabr – Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş məhəllələrarası mini-futbol turniri keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Zəngilan rayonu Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunub keçirilən yarışda 1-ci yeri Qarabağ komandası, 2-ci yeri Uğur komandası, 3-cü yeri Şahin komandası tutmuşdur. Tədbirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Zəngilan rayonu Gənclər və İdman İdarəsinin rəisi Natiq Quluzadə, Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov və digər rəsmi şəxslər iştirak etmişlər. Çıxış edən natiqlər futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirmiş, yarış iştirakçılarına gələcəkdə uğurlar arzulamışlar.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və medallarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir