NİZAMİ RAYONU ÜZRƏ MƏHƏLLƏLƏRARASI MİNİ-FUTBOL TURNİRİ KEÇİRİLDİ

     Nizami rayonu ərazisində yerləşən 61 nömrəli tam orta məktəbin futbol meydançasında Nizami rayonunun yeniyetmələri arasında məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Nizami rayonu Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunub keçirilən yarışda 1-ci yeri Nizami komandası, 2-ci yeri Keşlə komandası, 3-cü yeri Neftçi komandası tutmuşdur. Tədbirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçiləri Salman Əbdülov, Səməd Səmədzadə, Rəhman Aslanov, Nizami rayonu Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Tural İsmayılov və digər rəsmi şəxslər iştirak etmişlər. Salman Əbdülov çıxış edərək futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirmiş, yarış iştirakçılarına gələcəkdə uğurlar arzulamışdır.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və medallarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir