“18 oktyabr – Dövlət Müstəqillik Günü” ilə əlaqədar N saylı hərbi hissədə tədbir keçirilmişdir.

        Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər rayon İdman İdarəsinin birgə təşkilatçılığı ilə  N saylı hərbi hissədə “18 oktyabr – Dövlət Müstəqillik Günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə çıxış edən hərbi hissənin komandiri və digər natiqlər əsgərlərə cansağlığı arzuladılar və onlara Vətənə sədaqətlə xidmət etməyi tövsiyə etdilər. Çıxış edənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, xüsusi diqqət və qayğısından, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışdılar.

          Sonra hərbi xidmətində fərqlənmiş bir qrup əsgər və zabit fəxri fərmanlarla təltif olundular. Çıxışlar başa çatdıqdan sonra  incəsənət nümayəndələri rəngarəng bayram proqramını nümayiş etdirdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir