Baş İdarə “Şöhrət” muzeyinə ekskursiya təşkil edib

      Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin  təşkilatçılığı ilə 18 oktyabr – Dövlət Müstəqillik günü ilə əlaqədar Baş İdarə və rayon idarələrinin  əməkdaşları Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində olmuşlar.

       Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, bütün varlığı ilə bağlı olduğu Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyimizin qorunub saxlanılması, əbədi və dönməz olması, xalqımızın tərəqqisi naminə gördüyü misilsiz işləri, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirən eksponatlar, stendlərdə olan nadir fotoşəkillər, sənədlər və arxiv materialları ilə tanış olublar.

       Dahi şəxsiyyətin örnək ömür yolunu dəyərli ekspozisiyalarla şərti olaraq dörd mərhələdə əks etdirən muzey ziyarətçilərin böyük marağına səbəb olub.

        “Şöhrət” muzeyində Ümummilli Liderin uşaqlıq və gənclik illərinə, dövlət təhlükəsizlik orqanlarında işlədiyi dövrə, Azərbaycana rəhbərlik etdiyi və SSRİ kimi nəhəng bir dövlətin siyasi olimpində təmsil olunduğu dövrə, müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrünə dair stendləri izləyənlərə hər bir mərhələ haqqında əhatəli məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir