İnşa yazı və rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

       Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar  Abşeron Rəsm Qalereyasında “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında inşa yazı və rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.

         Tədbirdə  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov,  rayon idarələrinin əməkdaşları, şagird və valideynlər iştirak etmişlər.

         İnşa yazı və rəsm müsabiqələrində fərqlənmiş şagirdlər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir