Kişilər və qadınlar arasında şahmat üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

      Respublika Şahmat Mərkəzində kişilər və qadınlar arasında şahmat üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda 57 nəfər idmançı iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə yarışlar   İsveçrə sistemi üzrə keçirilmişdir. Qadınlar arasında I yeri 5,5 xalla (əmsal 22,5) Cəfərova Aysel, II yeri 5,5 xalla (əmsal 18,0) Hacıyeva Altunay, III yeri 5,0 xalla Babayeva Samirə, kişilər arasında I yeri 7,5 xalla Kazımov Eynur, II yeri 7,0 xalla Məmmədzadə Tural, III yeri 6,5 xalla Haqverdiyev Elxan  tutmuşlar. Yarışda I (birinci) yeri tutmuş Cəfərova Aysel gələn il keçiriləcək Azərbaycan çempionatına, kişilər arasında mükafata layiq yerlər tutmuş idmançılarla yanaşı IV yeri 6,5 xalla tutmuş Mehrəliyev Emil və V yeri 6,0 xalla (əmsal 31,0) tutmuş Hacızadə Coşqun da noyabr ayının 5-də keçiriləcək birinci dəstəyə vəsiqə qazanmışlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Yarışda I, II və III yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir