Sərbəst və yunan-roma güləşi üzrə böyüklər arasında Bakı şəhər çempionatına yekun vuruldu

         Bakı şəhər Gənclər və  İdman Baş İdarəsi tərəfindən  Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-roma güləşi üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçirilmişdir.

      Yarışda sərbəst güləş üzrə  müxtəlif klub və cəmiyyətləri təmsil edən 111 nəfər idmançı qüvvəsini sınamışdır.  Nəticələrə görə 57 kq çəki dərəcəsində Tofiq Əliyev (FHN), 61 kq çəki dərəcəində Mahir Əmiraslanov  (Neftçi İKİB), 65 kq çəki dərəcəsində Orxan Nəsirov (Abşeron İK), 70 kq çəki dərəcəsində Vurğun Əliyev (DİN İC), 74 kq çəki dərəcəsində Fərid Nəsirov (Zenit İC), 79 kq çəki dərəcəsində Fərman Həsənov (DİN İC), 86 kq çəki dərəcəsində Elçin Məmmədov (DİN İC), 92 kq çəki dərəcəsində Cavid Sadıqov (DİN İC),  97 kq çəki dərəcəsində Xəyal Xanmuradov (DİN İC), 125 kq çəki dərəcəsində Aydın Əhmədo (Abşeron) I yerı tutmuşdur.

    Yunan-roma güləşi üzrə  isə  yarışda 90 idmançı iştirak etmişdir. Nəticələrə görə 55 kq çəki dərəcəsində Zaur Əliyev (Lokomotiv İC), 60 kq çəki dərəcəsində  Fərdi Hümbətov (Zenit İC), 63 kq çəki dərəcəsində Sakit Quliyev (MOİK), 67 çəki dərəcəsində Kamran Mirzəliyev (Neftçi İKİB), 72 kq çəki dərəcəsində Elcan Məmmədov (Neftçi İKİB), 77 kq çəki dərəcəsində Cavid Miralayev (Hövsan OİK), 82 kq çəki dərəcəsində Tuncay Vəzirzadə  (Neftçi İKİB), 87 kq çəki dərəcəsində Aslan Məmmədov (Gömrükçü İC), 97 kq çəki dərəcəsində Arif Neftullayev (MOİK), 130 kq çəki dərəcəsində Sərxan Məmmədov (Lokomotiv İC) I yerə layıq görülmüşlər.

     Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir