KARATEÇİLƏRİN BAKI ŞƏHƏR AÇIQ TURNİRİ KEÇİRİLMİŞDİR

     Pirşağı – Kürdəxanı idman zalında “9 noyabr – Bayraq günü”nə həsr olunmuş seibukai kontakt karate üzrə Bakı şəhər açıq turniri keçirilmişdir. Yarışın rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Seibukai Kontakt Karate idman klubunun prezidenti Elçin Həşimov iştirakçıları salamlamış, onları bayram münasibətilə təbrik etmiş, müvəffəqiyyətlər arzulamışlar. Müxtəlif yaş qruplarına uyğun 30 çəki dərəcəsi üzrə keçirilən yarışda Bakı şəhərində fəaliyyət göstərən klubları təmsil edən 150-dən artıq idmançı iştirak etmişdir. Sonda hər bir çəki dərəcəsi üzrə qalib gələn idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir