Gənclər arasında boks üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.

      Bakı şəhər Gənlər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində gənclər arasında (2001-2002-ci il təvəllüdlülər arasında)  boks üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Birincilikdə 140 idmançı mübarizə aparmışdır. Nəticələrə görə 49 kq çəki dərəcəsində Ruslan Qədirov (ROİL), 52 kq çəki dərəcəsində Maksud Xasmetov (Abşeron), 56 kq çəki dərəcəsində Əzrək Bəbirov (Rabitə İK), 60 kq çəki dərəcəsində Elşən Cəbizadə (DİN İC), 64 kq çəki dərəcəsində Elmir Novruzov (Sumqayıt), 69 kq çəki dərəcəsində Səlim Səlimov  (Sumqayıt), 75 kq çəki dərəcəsində Məhəmməd Yusifov (Balakən), 81 kq çəki dərəcəsində Konstantin Kadırov (Qəbələ), 91 kq çəki dərəcəsində Adil Vəliyev (UGİM-7), +91 kq çəki dərəcəsində Fuad Cəfərov (Səbail)  I yerlərə layiq görülmüşlər.

         I, II və III yerləri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir