Akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə XIII Bakı şəhər açıq turniri

          Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Atıcılıq Mərkəzində  akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə XIII Bakı şəhər açıq turniri keçirilmişdir. Turnirdə Neftçi İKİB, Spartak İC, DİN İC, RSAİM-ini təmsil edən 53 idmançı (onlardan 22-si qadın) mübarizə aparmışdır.

        Nəticələrə görə qadınlar arasında PT-3 hərəkəti üzrə I yerə Nigar Nəsirova (DİN İC),  PTÇ-3 hərəkəti üzrə I yerə  Nigar Nəsirova  (DİN İC),  KÇTÇ-3 hərəkəti üzrə I yerə Zeynəb Abbasova (Neftçi İKİB), kişilər arasında PT-4 hərəkəti üzrə I yerə Ruslan Qəhrəmanov (DİN İC),  PTÇ-3 hərəkəti üzrə I yerə Morteza Dna (DİN İC),  KÇTÇ-4 hərəkəti üzrə I yerə Rəhim Rəhimli (DİN İC) layiq görülmüşlər.

          I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən medallar, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir