Futbol üzrə Bakı şəhər klub-komanda birinciliyinin mükafatlandırma mərasimi keçirilmişdir.

           Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin konfrans zalında 68-ci futbol üzrə Bakı şəhər klub-komanda birinciliyinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev, futbol üzrə kurator Anar Əsədov, yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Füzuli Nəcəfov və klubların baş məşqçiləri iştirak etmişlər.

               Tədbirdə I dəstədə  2005 – 2006-cı il təvəllüdlü komandalar arasında I yerə BİFM-1, II yerə RİOEUGİM-1, III yerə Vətən-1, 2004-cü iı təvəllüdlü komandalar arasında I yerə BİFM-1, II yerə Vətən-1, III yerə  RİOEUGİM, 2003-cü il təvəllüdlü komandalar arasında I yerə BİFM-1, Vətən-1, II yerə RİOEUGİM, III yerə ROİL, 2002-ci il təvəllüdlü komandalar arasında I yerə ROİL, II yerə BİFM-1,RİOEUGİM, III yerə BİFM-2, klub hesabında isə   I yerə BİFM-1, II yerə Vətən-1, III yerə RİOEUGİM layiq görülmüş komandalar mükafatlandırılmışlar.

                 II dəstədə isə 2005-2006-cı il təvəllüdlü komandalar arasında I yerə Vətən-3, II yerə Kəndlər, III yerə Əlincə, 2004-cü iı təvəllüdlü komandalar arasında  I yerə Atəşgah, II yerə UGİM-9, III yerə Mançestr, 2003-cü il təvəllüdlü komandalar arasında I yerə Mançestr, II yerə Zəngəzur, III yerə UGİM-9, 2002-cı il təvəllüdlü komandalar arasında I yerə Vətən-3, II yerə Mançestr, III yerə UGİM-9, klub hesabında isə I yerə Mançestr, II yerə UGİM-9, III yerə Vətən-3 layiq görülmüş komandalar mükafatlandırılmışlar.

    Yarışda I,II,III yerlərə layiq görülmüş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar və kubokla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir