Basketbol üzrə Bakı şəhər zona yarışına start verildi

     Bu gün  Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi  məktəblər arasında respublika çempionatının əsasnaməsinə müvafiq olaraq  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin  təşkilatşılığı ilə Sərhədçi Olimpiya İdman Mərkəzində  məktəblər arasında basketbol  növü üzrə 2001-2003-cü il təvəllüdlü oğlanlar arasında Bakı şəhər zona yarışına start verildi.

     Bakı şəhər zona mərhələsində paytaxtın 12 rayonunun , həmçinin Şuşa və Zəngilan rayonunun qalib komandalrı iştirak edirlər.   Yarışın yekun nəticəsi olaraq I və II yeri tutmuş komandalar respublika final mərhələsinə vəsiqə qazanacaqlar. Yarışın yarımfinal və final qarşılaşmaları  19 dekabr 2018-ci il tarixdə Sərhədçi Olimpiya İdman Mərkəzində keçiriləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir