Baş İdarədə Alpaqut Federasiyası ilə görüş

       Bakı şəhər Gənclər və İdman Baş İdarəsində Azərbaycan Alpaqut Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Baş İdarənin rəisi Raqif Abbasov,  rəis müavini Rəşad Əliyev, kütləvi bədən tərbiyəsi şöbəsinin baş məsləhətçisi Cəlil Əlizadə, Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev,  Alpaqut döyüş sənəti və türk döyüş sənətləri üzrə araşdırmaçı, beynəlxalq dərəcəli idman ustası  Vasif Namazov, regional inkişaf üzrə vitse-prezident Rafiq Qasımov  iştirak etmişdir.

      Görüş zamanı 2019-cu ilin tədbirlər planı müzakirə edilmiş, alpaqut idman növü üzrə  şəhər yarışlarının keçirilməsinin təşkili  və maarifləndirmə işi ilə əlaqədar fikir mübadiləsi aparılmışdır.

      Sonda Alpaqut Fdedrasiyası Baş İdarənin rəisi Raqif Abbasovu, rəis müavini Rəşad Əliyevi və bu idman növünün şəhər üzrə kuratoru Cəlil Əlizadəni fəxri diplomlarala təltif etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir