“Abad məhəllə” şahmat yarışının paytaxt final mərhələsi keçirilmişdir

        Bu gün 25 dekabr 2018-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə cari ilin 3 dekabr tarixindən start götürmüş “Abad məhəllə” şahmat yarışının paytaxt final mərhələsi keçirilmişdir. İki mərhələdən ibarət olan bu turnirdə 200-ə yaxın 2006-2008-ci il təvəllüdlü oğlan və qızlar iştirak etmişlər. Paytaxt final mərhələsinə vəsiqə qazanmış 22 nəfərin (11 nəfəri qızdır) iştirak etdiyi yarış olimpiya sistemi üzrə maraqlı və gərgin mübarizə şəraitində keçmişdir.

         Yekun nəticələrə əsasən qızlar arasında I yerə Xumar Məhərrəmova (Sabunçu rayonu), II yerə Nüşabə Novruzlu (Yasamal rayonu), III yerə Aynur Hüseynova (Qaradağ rayonu), oğlanlar arasında I yerə  Ziya Məhəmmədov (Binəqədi rayonu), II yerə Rəvan Uğuzov (Nərimanov rayonu) və III yerə Məhəmməd Həsənzadə (Xəzər rayonu) layiq görülmüşlər.

     Qalib və mükafatçılar Baş İdarənin müvafiq dərəcəli diplom və medalları, həmçinin qiymətli hədiyyələrlə (Şahmat Olimpiadasının maraqlı oyunlarından tərtib olunmuş kitab) təltif olunmuşlar.

       Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 68 və Mir Cəlal küçəsi 10 saylı binaların əhatə etdiyi məhəllədə keçirilən yarış sakinlər tərəfindən maraqla izlənmiş və rəğbətlə qarşılanmışdır. Təltif olunmada Baş İdarənin və  rayon gənclər və idman idarələrinin əməkdaşları iştirak etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir